12:40 - 29.08.2024
29 avqust, Fineko/abc.az. Azərbaycan Fars körfəzi ölkələri ilə bərpa olunan enerji, kənd təsərrüfatı, qida sənayesi və turizm sahələrində əlaqələrin genişləndirilməsində maraqlıdır.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev “Aşşərq əl-Avsat” nəşrinə bildirib.
O qeyd edib ki, Azərbaycanın bu region ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətləri var. Uğurlu tərəfdaşlığın nümunəsi kimi ACWA Power şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələri qeyd etmək olar.
Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan səfir gələcəkdə bu istiqamətin Fars körfəzi regionu ilə əməkdaşlığın mühüm aspektlərindən biri ola biləcəyini vurğulayıb.
1 Oktyabr 2026
1 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026