Bu ölkə alma idxalını məhdudlaşdırdı

16:41 - 28.08.2024


28 avqust, Fineko/abc.az. Bu il Qazaxıstanda meyvə istehsalçıları bol məhsul əldə ediblər və indi hökuməti avqustdan dekabr ayına qədər alma idxalını müvəqqəti qadağan etməyə çağırıblar.

ABC.AZ xəbər verir ki, Qazaxıstanda meyvə istehsalçıları yerli almaların bazarı dolduran xaricdən gətirilən almalarla rəqabət apara bilməyəcəyini iddia edib.

Bol məhsul səbəbilə Qazaxıstan hökuməti bu ilin sonuna qədər alma idxalına müvəqqəti qadağa qoyub.

Baxçıvan və Milli Məclisin deputatı Bolatbek Əliyevin fikrincə, belə proteksionizm siyasəti yerli bağçılıq və emal sənayesinin inkişafına təkan verəcək, şirə, mürəbbə, sidr və digər məhsulların istehsalının artmasına səbəb olacaq və son nəticədə Qazaxıstanın tam ixracatçıya çevrilməsinə şərait yaradacaq.

Əliyev vurğulayır ki, Qazaxıstanda bu il meyvə məhsulu çox yaxşıdır, əvvəlki ildən xeyli fərqlənir. Ötən il sərt qış şəraiti və digər təbii fəlakətlər istehsal həcmini xeyli azaldıb. Məhsulun azalmasına baxmayaraq, Qazaxıstanın alma ixracının həcmi əhəmiyyətli dərəcədə artaraq, xaricdən gətirilən almaların yerli məhsul kimi təkrar ixrac olunduğuna dair şübhələr yaradıb.