Ən çox körpə südü satan ölkələr - Siyahı

11:43 - 28.08.2024


28 avqust, Fineko/abc.az. 2024-cü ildə körpə südü satışından ən çox gəlir əldə edən ölkə Çindir.

ABC.AZ xəbər verir ki, bu, “Global İndex”in araşdırmasında öz əksini tapıb.

Cari il ərzində Çin körpə südü satışından 17 milyard dollar gəlir əldə edib.

2024-cü ildə körpə südü satışından ən çox gəlir əldə edən 5 ölkəni sizə təqdim edirik:

1. Çin: 17 milyard dollar

2. ABŞ: 6,2 milyard dollar

3. İndoneziya: 4 milyard dollar

4. Rusiya: 2,5 milyard dollar

5. Vyetnam: 2,1 milyard dollar

Dünya üzrə: 53,6 milyard dollar