10:19 - 28.08.2024
28 avqust, Fineko/abc.az. Çinin “Xiaomi” şirkəti üç dəfə qatlanan elastik ekranlı smartfon üzərində işləyir.
ABC AZ xəbər verir ki, bu barədə Kommersant.ru-da istinadən məlumat dərc olunub.
Yeniliyin prototipinin nümayişi və ya rəsmi təqdimatı fevral ayında baş tuta bilər. Xatırladaq ki, 2024-cü ilin iyul ayında “Xiaomi” iki qatlanan smartfon təqdim edib – “Mix Fold 4” və “Mix Flip 4”.
“Xiaomi” ilə yanaşı, Çinin daha bir texnologiya nəhəngi olan “Huawei” də üç dəfə qatlanan smartfon modelini buraxmağa hazırlaşır. “Xiaomi”nin CEO-su Lei Jun bildirib ki, şirkət “Google” ilə əməkdaşlıq etməyi və cihazlarına “Gemini” süni intellekt alətini əlavə etməyi planlaşdırır.
13 Avqust 2026
13 Avqust 2026