17:33 - 26.08.2024
26 avqust, Fineko/abc.az. Çin hakimiyyəti zəhərli maddələrin daşınması üçün nəzərdə tutulmuş çənlərdə qida yağının daşınmasına görə yeddi şirkəti cəmi 1,5 milyon dollar cərimələyib.
ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, ən iri cərimə Sinograin dövlət şirkətinin bölməsinə tətbiq olunub (401 min dollar).
Pozuntular iyul ayında məlum oldu. Şirkətlərə cərimələr Çin Dövlət Şurasının Qida Təhlükəsizliyi İdarəsinin araşdırması nəticəsində verilib. Kimyəvi çənlərdə yağ daşıyan iki sürücü də cinayət məsuliyyətinə cəlb edilib.
Dövlət Şurasının rəhbərliyi pozuntuları "son dərəcə ciddi" adlandırdı. Bloomberg qeyd edir ki, Çin hakimiyyəti 2008-ci ildə 300 min insanın saxta süddən zəhərləndiyi hadisədən sonra qida qalmaqalına həssas yanaşır.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026