11:55 - 26.08.2024
26 avqust, Fineko/abc.az. Azərbaycanın reklam bazarı 2023-cü ildə öncəki illə müqayisədə təqribən 40 faiz böyüyüb.
ABC.AZ xəbər verir ki, 2022-ci ildə 143.86 milyon manat olan bu bazar, 2023-cü ildə daha 57.27 mln. manat artımla 201.13 milyon manata çatıb ki, bu da ölkə tarixində ən yuxarı göstəricidir.
Bildirilir ki, bunun da 182.97 milyon manatı reklam fəaliyətinin üzərinə düşüb.
Reklam informasiyasının hazırlanmasından 56.93 mln. manat, reklamın yerləşdirilməsindən 56.36 mln. manat və reklamın yayımlanmasından 69.68 mln. manat gəlir əldə edilib.
Televizyada reklam gəlirlərinin həcmi illik müqayisədə 50% artımla 22.38 mln. manat təşkil edib. Öncəki ildə 14.97 mln. manat olmuşdu.
Keçən il 22.9 min reklam müqaviləsi bağlanmış, reklamlar üzrə şirkətlərin maya dəyəri 161.49 milyon manat olub.
10 Avqust 2026