11:40 - 15.08.2024
15 avqust, Fineko/abc.az. Rusiya sərhədində miqrantlara biometrik nəzarəti tətbiq etmək istəyirlər.
ABC.AZ xəbər verir ki, deputat Mironovun sözlərinə görə, “miqrantların cinayət törətdikdən və sonrakı deportasiyadan sonra sənədləri və ya soyad yazımındakı hərfləri dəyişdirib yenidən Rusiya Federasiyasına gəldikləri presedentləri var”.
"Sərhəddə biometrik məlumatların verilməsi bu halları istisna edəcək", — deputat Mironov əlavə edib.
Qanun layihəsi avqustun 14-də Rusiya Federasiyasının Dövlət Dumasına təqdim edilib.