11:30 - 15.08.2024
15 avqust, Fineko/abc.az. Hindistanın “Swan Energy Ltd.” şirkəti mayeləşdirilmiş təbii qaz (LNG) üzən terminalındakı öz payını Türkiyənin “BOTAŞ” dövlət şirkətinə 399 milyon dollara satmağı planlaşdırır.
ABC.AZ. saziş altı aydan sonra bağlanacaq. Bunu başa çatdırmaq üçün səhmdarların və tənzimləyicilərin razılığı tələb olunur.
“Vasant 1” 180 min kubmetr həcmli üzən saxlama və regazifikasiya qurğusu “Triumph Offshore Pvt.” törəmə şirkətinə məxsusdur, o, qurğunu 2020-ci ilin sentyabrında Hyundai Heavy Industries gəmiqayırma zavodundan almış və 2023-cü ilin yanvarında BOTAŞ-dan kirayəyə götürmüşdü.
“Swan Energy Ltd.”, Vasant 1-in 51%-nə sahibdir, Hindistanın IFFCO gübrə şirkəti isə səhmlərin qalan hissəsinə nəzarət edir.
“Swan” əvvəlcə Hindistanın qərb sahilində 2019-2020-ci illərdə Cəfrabad limanında terminal tikməyi planlaşdırırdı. Lakin, COVID-19 və siklonun yayılması səbəbindən 2022-ci ildə liman qurğularının inşası vaxtında başa çatmamışdı.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026