11:26 - 15.08.2024
15 avqust, Fineko/abc.az. Yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,4 faiz artaraq 6882,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5165,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.
Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 675,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026