11:01 - 8.08.2024
8 avqust, Fineko/abc.az. Çin şirkəti “Shenyang Aerospace Xinguang Group” dünyanın ilk ağıllı robot köpəkbalığı yaradıb.
ABC.AZ xəbər verir ki, təxminən beş metr uzunluğunda və 350 kiloqram ağırlığında olan yeni aparat əsl köpəkbalığının hərəkətlərini dəqiq şəkildə təkrarlayır.
Robotun dəniz əməliyyatlarında və elmi tədqiqatlarda istifadə oluna biləcəyi güman edilir. Süni köpəkbalığı saniyədə 0,7 metrə qədər hərəkət etməyi və 20 metrə qədər dərinliyə dalmağı bacarır.
Robot ayrıca optik kameralar, sensorlar, hidrolokasiya texnologiyası və BeiDou yerləşdirmə sistemləri ilə təchiz edilib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026