12:10 - 1.08.2024
1 avqust, Fineko/abc.az. Bu günədək Pirallahı Sənaye Parkına 41 milyon manatadək investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb.
ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadla xəbər verir ki, mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
İnvestisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə Sənaye Parkının rezidentliyi statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. İndiyədək Sənaye Parkında 53 milyon manatlıq məhsul satışı həyata keçirilib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026