17:10 - 31.07.2024
31 iyul, Fineko/abc.az. 2024-cü ilin iyun ayında Azərbaycanda zeytun yağının 1 litrinin orta satış qiyməti 17 manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin iyun ayı ilə müqayisədə 1.40 manat və ya 9% çoxdur.
Bununla yanaşı yerli istehsal olan zeytun yağının 1 litrinin qiyməti 15.98 manat təşkil edib ki, bu da illik fərqlə 1.55 manat və ya 11% bahadır.
Xaricdən gətirilmiş zeytun yağının 1 litri isə 18.64 manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 1.41 manat və ya 8% yüksəkdir.
Məlumat üçün bildirək ki. 2023-cü ilin iyun ayında 1 l zeytun yağının orta qiyməti 15.60 manat təşkil edib.
Yerli zeytun yağının qiyməti 14.43 manat, zeytun yağının qiyməti isə 17.22 manat olub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026