16:00 - 30.07.2024
30 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında Çinin materik hissəsinin iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 29,1 faiz azalaraq 498,91 milyard yuana (68,7 milyard dollar) enib.
ABC.AZ xəbər verir ki, bu barədə ÇXR Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, bütün xarici investisiyaların 12,8 faizi yüksək texnologiyalı istehsal sahələrinə yönəldilib. Bununla yanaşı, tibbi avadanlıq və peşəkar texniki xidmətlər sektoruna xarici investisiyalar illik müqayisədə müvafiq olaraq 87,5 faiz və 43,4 faiz artıb.
Çinə birbaşa xarici investisiyalarda ən böyük pay sahibləri Almaniya (18,1 faiz) və Sinqapurdur (10,5 faiz).
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026