11:39 - 26.07.2024
26 iyul, Fineko/abc.az. 54 ton konservləşdirilmiş balıq ilk dəfə İrandan "Şimal-Cənub" nəqliyyat dəhlizinin bir hissəsi olan Həştərxandakı Nəqliyyat - Logistika Mərkəzinə çatdırılıb.
ABC.AZ xəbər verir ki, İran və Dubaydan ilk krevet tədarükü də gözlənilir.
Məlumata görə, çatdırılan tuna konservləri tezliklə Rusiya şəhərlərinin mağazalarına gətiriləcək. Logistika şöbəsinin direktoru Faiq Əhmədbəyovun sözlərinə görə, İran və Dubaydan krevet partiyası gözlənilir.
"Baytarlıq terminalını təhvil verdik və indi balıq, ət və süd məhsulları qəbul edə bilərik. İlk olaraq konservləşdirilmiş balıq qəbul etdik. Onların bir hissəsi Moskvaya göndəriləcək, bir hissəsi Həştərxanda qalacaq. Müqavilələr bağlandı, bundan sonra tədarüklər də olacaq", - deyə o bildirib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026