11:27 - 25.07.2024
25 iyul, Fineko/abc.az. ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkiqabağı kampaniyasının əsas maliyyə mənbəyi Amerika neft korporasiyalarının rəhbərlərinin vəsaiti olub.
ABC.AZ xəbər verir ki, 2023-cü ilin oktyabr ayından başlayaraq Tramp qərargahının ehtiyacları üçün neft korporasiyalarından ianələr 16 milyon dolları keçib.
Müqayisə üçün: 2016 və 2020-ci illərdə Trampın prezidentlik kampaniyaları neft şirkətlərindən ümumilikdə 20 milyon dollar toplamışdı.
Seçki kampaniyasının əsas sponsorları “Continental Resources” prezidenti Harold Hamm, “Energy Transfer”in baş meneceri Kelsey Uorren, “Hilcorp” qurucusu Jeffrey Gildebrand və “GeoSouthern Energy”nin sahibi Corc Bişop idi. Bu ilin mart ayından etibarən Trampı dəstəkləyən komitələrə, eləcə də Respublika Partiyasının Milli Komitəsinə ən azı 9,9 milyon dollar yatırıblar.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026