16:13 - 15.08.2018
15 avqust, Fineko/abc.az. Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək.
“Sovremennaya AZS” (“Müasir yanacaqdoldurma məntəqəsi”) jurnalı xəbər verir ki, jurnalın dəstəyi ilə keçiriləcək tədbir 11-12 oktyabr tarixlərinə planlaşdırılıb.
“Forum gedişatında Azərbaycanda yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət siyasəti, neft emalı sahəsinin modernləşdirilməsi və sair məsələlər barədə məruzələr dinləniləcək. Tədbirdə SOCAR, həmçinin “Azpetrol”, “LUKoil”, “Shell”, “Turkpetrol” və digər şirkətlər iştirak edəcək”, - məlumatda belə deyilir.
30 İyul 2026