11:52 - 15.08.2018
15 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,08 dollar (0,11%) qalxıb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,83 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 14 avqust tarixli ticarətin nəticəsində 0,16 dollar (0,24%) enərək bir barelə 67,04 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 14 avqust tarixli ticarətin nəticəsində 0,15 dollar (0,21%) enərək bir barelə 72,46 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 14 avqust tarixli ticarətin nəticəsində 5,42 dollar/barelə təşkil edir.
30 İyul 2026
29 İyul 2026