17:34 - 18.07.2024
18 iyul, Fineko/abc.az. "Leobank" tətbiqində çətinliklər yaranıb. Belə ki, bank müştəriləri saat 17:00-dan etibarən bankın tətbiqinə daxil ola bilmirlər.
ABC.AZ xəbər verir ki, bu barədə müştərilər bildirib.
Onlar bildirib ki, bununla yanaşı bankın qaynar xətti kimi nəzərdə tutulmuş operatorları ilə də danışmaq mümkün olmur.
Dəfələrlə *7773 nömrəsinə zəng edən Leobank müştəriləri xəttə düşə bilmədiklərini söyləyiblər.
Qeyd edək ki, bu "Leobnak"da yaranmış ilk problem deyil. Bundan əvvəl də dəfələrlə bellə hallar yaşanıb.
Müəllif: Elmir Murad
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026