15:24 - 16.07.2024
16 iyul, Fineko/abc.az. 20 iyul 2024-cü ildən "Kaspersky" ABŞ-da fəaliyyətini tədricən dayandıracaq. Şirkətin Amerika saytında antivirus və kibertəhlükəsizlik vasitələrinin satışı artıq dayandırılıb və ekranda "ABŞ müştəriləri üçün satınalma mümkün deyil" yazısı görünür.
ABC.AZ xəbər verir ki, iyulun 16-da ABŞ prezidenti Co Baydenin Administrasiyası şirkətin Rusiya ilə əlaqələrindən ehtiyat etdiyi üçün Kaspersky məhsullarının ölkədə istifadəsinə tam qadağa elan edib.
Şirkət bu ölkədə iş aparmaq üçün perspektiv görmədiklərini deyib.
12 Avqust 2026