10:34 - 14.08.2018
14 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,33 dollar (0,45%) enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,75 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 13 avqust tarixli ticarətin nəticəsində 0,43 dollar (0,64%) enərək bir barelə 67,20 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 13 avqust tarixli ticarətin nəticəsində 0,20 dollar (0,27%) enərək bir barelə 72,61 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 13 avqust tarixli ticarətin nəticəsində 5,41 dollar/barelə təşkil edir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026