Son bir ildə Naxçıvanda 49 mindən çox işçi ixtisar olunub

11:01 - 8.07.2024


8 iyul, Fineko/abc.az. 2024-cü ilin I rübündə Naxçıvanda işləyən əhalinin sayı kəskin aşağı düşüb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Muxtar Respublikanın işləyən əhalisinin sayı ilk 3 ayda 59,8 min nəfər təşkil edib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 49,2 min nəfər və ya 45,1% azalma deməkdir. Say ifadəsinə ən kəskin eniş 25,6 min nəfər (45,5%) azalma Naxçıvan şəhərində baş verib.

Ən az azalma isə 1 965 nəfərlə Kəngərli və 1 977 nəfərlə Sədərək rayonlarında qeydə alınıb.

Faiz ifadəsində isə ən aşağı eniş 37,5% azalma ilə Babək, ən yüksək eniş isə 62,2% azalma ilə Sədərək rayonunda qeydə alınıb.