Nəbatət Bağı auditor axtarır

10:36 - 3.07.2024


3 iyul, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mərkəzi Nəbatət Bağı 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 24 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini iyulun 17-nə qədər Mərkəzi Nəbatət Bağının yerləşdiyi Bakı şəhəri, Badamdar şossesi, 40 ünvanına təqdim edə bilərlər.