10:46 - 2.07.2024
2 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycan xaricdən 123 milyon 30 min dollar dəyərində 433 min 199 ədəd smartfon ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 ədəd smartfonun orta idxal qiyməti ilk 4 ayın nəticələrinə əsasən 284 dollara başa gəlib.
Smartfon idxalı ən baha qiymətə 1 526 dollara Malayziyadan, ən ucuz qiymətə 227 dollara Hindistandan gətirilib.
Ən çox sayda smartfon 331 min 294 ədəd olmaqla Çindən, ən az sayda smartfon isə 3 ədəd olmaqla Almaniyadan, 4 ədəd olmaqla Koreyadan və 9 ədəd olmaqla Sinqapurdan gətirilib.