15:16 - 28.06.2024
28 iyun, Fineko/abc.az. Rusiyada “Platforma” adlı YouTube-un hələ ki şəkillərdə də olsa, oxşarı təqdim olunub.
ABC.AZ xəbər verir ki, analoq YouTube dizaynını tamamilə kopyalayıb. Beləliklə, yaradıcıların fikrincə, istifadəçilər üçün servisə keçmək daha asan olacaq.
Platformada blogerlər üçün tövsiyə sistemi, təşviq və analitik vasitələr hazırlanmışdır. Videoroliklər 4K-a qədər keyfiyyətdə yüklənə bilər. Sistemində rus və ingilis dillərinin tanınması ilə altyazılar var. İndi “Platforma” saniyədə 240 min sorğuya tab gətirə bilər.
Qısa videolar üçün YouTube Shorts analoqunun və öz moderasiya sisteminin də olacağı bildirilir.
12 Avqust 2026