Füzulidə tender keçirilir

14:28 - 24.06.2024


24 iyun, Fineko/abc.az. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işləri üçün tender elan edir.

Tenderdə iştirak haqqı 10 000 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 06.08.2024 16:00  qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs Tural Rzayev, [email protected]