Xocavənddə 7 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq

15:42 - 21.06.2024


21 iyun, Fineko/abc.az. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “N.T.D” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 7 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Xocəvənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis-kommunikasiya sistemləri üzrə (PTM, KTM, yüksək və alçaq gərginlikli xətlər və rabitə xətləri) tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 6.846.716 manat təşkil edir.