10:54 - 10.08.2018
10 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,23 dollar (0,31%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,42 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 9 avqust tarixli ticarətin nəticəsində 0,13 dollar (0,19%) enərək bir barelə 66,81 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 9 avqust tarixli ticarətin nəticəsində 0,21 dollar (0,29%) enərək bir barelə 72,07 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 9 avqust tarixli ticarətin nəticəsində 5,26 dollar / barelə təşkil edir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026