16:10 - 5.06.2024
5 iyun, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan təbii qaz hasilatına (“deep-gas”) 2025-ci ilin əvvəlində başlamağı planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu gün keçirilən Bakı Enerji Forumunda deyib.
“2025-ci ilin əvvəlində biz “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində əsas diqqəti dərin laylardan qaz hasilatına yönəltmək niyyətindəyik”, – o vurğulayıb.
Onun sözlərinə görə, şirkət Azərbaycanın Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası layihəsi üzərində də işləyir.
“Bu layihə azad edilmiş ərazilərin enerji təminatına, “Səngəçal” terminalının məsafədən enerji təchizatına töhfə verməklə yanaşı, elektrik enerjisi istehsalında istifadə olunan təbii qazın artıq istifadə edilməyəcək həcmlərinin Avropaya ixracını da asanlaşdıracaq”, – o vurğulayıb.
18 Avqust 2026