12:13 - 5.06.2024
5 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-may aylarında Türkiyənin müdafiə və aviasiya sənayesinin ixracı 2,21 mlrd dollara çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur.
ABC.AZ xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri Haluk Görgünün sözlərinə görə, təkcə 2024 — cü ilin may ayında müdafiə sənayesi məhsulları 876 mln dollar həcmində ixrac edilib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 59,3% çoxdur.
"Bu, indiyə qədər ən yüksək aylıq sənaye ixracatıdır", - deyə o bildirib.
Qeyd edək ki, may ayında Türkiyənin ixracı illik hesablamada 11,4% artaraq 24,1 mlrd dollara çatıb, ölkənin ümumi ixrac gəlirlərində Müdafiə Sənayesi sektorunun payı 2,1% təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026