"Azəriqaz" “See Breeze” istirahət mərkəzinə qaz verilməsini dayandırır

10:07 - 4.06.2024


4 iyun, Fineko/abc.az. Bu gün Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq.

ABC.AZ xəbər verir ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində iyunun 4-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə “See Breeze” istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağa Yeni Sahə adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.