10:53 - 9.08.2018
9 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 2,16 dollar (2,87%) enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,19 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 8 avqust tarixli ticarətin nəticəsində 2,23 dollar (3,22%) enərək bir barelə 66,94 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 8 avqust tarixli ticarətin nəticəsində 2,37 dollar (3,17%) enərək bir barelə 72,28 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 8 avqust tarixli ticarətin nəticəsində 5,34 dollar / barelə təşkil edir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026