17:56 - 7.08.2018
7 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 25-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026