“Walmart” yüzlərlə korporativ əməkdaşını ixtisar edəcək

14:59 - 15.05.2024


15 may, Fineko/abc.az. ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Walmart”ın yüzlərlə korporativ əməkdaşını ixtisar edəcəyi bildirir.

ABC.AZ The Wall Street Journal-na istinadla xəbər verir ki, Walmart İnsan Resursları Mütəxəssisi Donna Morris şirkətin bəzi hissələrində yüzlərlə korporativ vəzifənin azaldılması ilə nəticələnəcək dəyişikliklər edildiyini bildirib.