11:46 - 7.08.2018
7 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,63 (0,85%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,15 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 6 avqust tarixli ticarətin nəticəsində 0,52 dollar (0,76%) yüksələrək bir barelə 69,01 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 6 avqust tarixli ticarətin nəticəsində 0,54 dollar (0,74%) yüksələrək bir barelə 73,75 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 6 avqust tarixli ticarətin nəticəsində 4,74 dollar / barelə təşkil edir.
30 İyul 2026
29 İyul 2026