11:20 - 15.05.2024
15 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərində “Azərbaycan Ticarət Evi” açılıb.
ABC.AZ xəbər verir ki, bu, hazırda Çində fəaliyyət göstərən 6-cı Azərbaycan Ticarət Evidir. Nankin şəhəri ilə yanaşı, Pekin, Sian, Çindao, Çendu və Canciacie şəhərlərində də ticarət evi fəaliyyət göstərir.
Azərbaycan Ticarət Evi Nankin şəhərinin əsas biznes rayonlarından hesab olunan Çisiada yerləşir. Burada xalça, şərab, brendi, digər spirtli içkilər, meyvə şirəsi, turşu, şirniyyat da daxil olmaqla 60 növ məhsul satılır.
Ticarət evini ziyarət edənlər “Made in Azerbaijan” məhsullarını əldə etməkdən başqa, ölkəmizin biznes və investisiya mühiti, nəqliyyat-tranzit və turizm potensialı haqqında ətraflı məlumat əldə edə biləcəklər.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026