10:45 - 14.05.2024
14 may, Fineko/abc.az. Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla, son ixtisarlardan sonra Supercharging şöbəsinə əsas işçiləri geri işə götürür.
ABC.AZ xəbər verir ki, bu ilin aprel ayının sonunda Tesla rəhbəri İlon Mask, Şimali Amerika şarj direktoru Vfrc de Zeger və Supercharging istiqamətindəki 500-ə yaxın işçi də daxil olmaqla bir neçə top meneceri işdən çıxartmışdı. Maskın qərarı elektrikli avtomobil sektorunda şoka səbəb oldu, çünki sürətli şarj layihəsi Teslanın ən uğurlu məhsullarından biri hesab olunur.
Tesla rəhbəri həmçinin sürətli şarj stansiyaları şəbəkəsinin genişləndirilməsinə 500 milyon dollardan çox sərmayə yatıracağına söz verib. Eyni zamanda, Mask əvvəllər Supercharging sayını artırmağı planlaşdırmadığını, yalnız mövcud stansiyaların işləməsinə diqqət yetirməyi planlaşdırdığını deyib.