16:54 - 8.05.2024
8 may, Fineko/abc.az. İranın strateji baxıman yerləşməsi Mərkəzi Asiya ölkələrinin Bender-Abbas və Çabahar limanları vasitəsilə dənizə (Fars körfəzi) çıxışını təmin edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə "Sülh və ümumi rifah məkanı" Dostluq və Əməkdaşlıq Mərkəzinin iclasında İranın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlireza Hakikian bildirib.
"Öz növbəsində, İran bölgə ölkələrinə dənizə və qərbi Asiya bazarına çıxmaq üçün ərazi və infrastruktur təmin etməklə bu firavanlığa kömək etməyə hazırdır", —deyə diplomat bildirib.
Qeyd edək ki, bu gün Qərbin sanksiyaları və lokal münaqişələr, o cümlədən Ukraynada və Fələstində müharibə şəraitində, logistik zəncirlər yenidən qurulur, alternativ nəqliyyat marşrutları yaradılır.
Onlar iqtisadi sistemdə genişmiqyaslı dəyişikliklərin başlanğıcı, eləcə də çoxqütblü dünyanın yaradılması ola bilər. İranın birbaşa iştirak edəcəyi genişmiqyaslı layihələrə aşağıdakılar daxildir: "Bir kəmər, bir yol", "Şimal-Cənub".
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026