11:16 - 6.08.2018
6 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,04 (0,05%) dollar düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,52 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 3 avqust tarixli ticarətin nəticəsində 0,47 dollar (0,68%) enərək bir barelə 68,49 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 3 avqust tarixli ticarətin nəticəsində 0,24 dollar (0,33%) enərək bir barelə 73,21 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 3 avqust tarixli ticarətin nəticəsində 4,72 dollar / barelə təşkil edir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026