11:29 - 3.05.2024
3 may, Fineko/abc.az. Mayın 3—də Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Al Səudu qəbul edib.
ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi qeyd edilib.
Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi və bu sahədə yaxşı potensialın olduğu bildirildi.
Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunuldu.
8 Avqust 2026
8 Avqust 2026