Ankara İsraillə ticarətə tam qadağa qoyur

11:03 - 3.05.2024


3 may, Fineko/abc.az. Türkiyə Qəzza zolağında davam edən münaqişəyə cavab olaraq İsraillə ticarət əməliyyatlarına tam qadağa qoyub.

ABC.AZ xəbər verir ki, respublikanın Ticarət Nazirliyi malların İsraildən ixracına və idxalına son qoyulduğunu elan edib.

Nazirlikdən verilən məlumata görə, məhdudlaşdırıcı tədbirlər Təl-Əviv Qəzzada hərbi əməliyyatları dayandırana və Fələstin dövlətinə fasiləsiz humanitar dəhliz təmin edənə qədər davam edəcək.

Aprelin 9-dan etibarən Ankara İsrailə 54 məhsul qrupunun tədarükünü məhdudlaşdırıb, lakin İsrail hakimiyyətinin "təcavüzkar siyasəti" və Fələstində humanitar fəlakətin ağırlaşması səbəbindən bu tədbirləri qeyri-kafi hesab edib.