Çin ABŞ-ı kosmosda silahlanmanı dayandırmağa çağırıb

21:41 - 2.05.2024


2 may, Fineko/abc.az. Çin ABŞ-ı saxta iddialar yaymağı və kosmosda silahlanmanı dayandırmağa çağırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi mayın 2-də bildirib.

Qeyd edilir ki, ABŞ açıq şəkildə kosmosu döyüş ərazisi kimi müəyyən edərək, ölkələr arasında qarşıdurmaya səbəb olur. 
"ABŞ uzun müddətdir ki, köhnə "Çin kosmik təhlükəsi" nəzəriyyəsini təkrarlayır, Çini ləkələyir, lakin bu, kosmosda öz hərbi gücünü genişləndirmək və hərbi dominantlığı qorumaq üçün bir bəhanədir", —deyə qurumda vurğulayıblar.