12:35 - 1.05.2024
1 may, Fineko/abc.az. İran Türkmənistan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada sadələşdirib və Türkmənistanın İranın bu tədbirlərinə cavab verməsini gözləyir.
ABC.AZ xəbər verir ki, bunu İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı Palatasının (ICCIMA) rəhbəri Səməd Həsənzadə Tehranda türkmənistanlı həmkarı Mergen Qurdovla görüşü zamanı deyib.
İran rəsmisi qeyd edib ki, “İran və Türkmənistan arasında ticarətin genişləndirilməsi iki ölkə arasında güzəştli ticarət sisteminin yaradılmasından asılıdır”.
Onun sözlərinə görə, İran və Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 450 milyon dollardır, "lakin iki qonşu ölkə arasında ikitərəfli mübadilə potensial imkanlardan xeyli geri qalır".
İran tərəfi tibbi turizm sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensialdan danışır və yüksək texnologiyalar, mədənçilik və kənd təsərrüfatı sahələrində öz xidmətlərini təklif edir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026