Azərbaycanın qonşusu bu ildə Avropa İttifaqına daxil olacaq

12:12 - 30.04.2024


30 aprel, Fineko/abc.az. Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Tbilisidə parlament binası qarşısında keçirilən mitinqdə çıxış edən İvanişvili Gürcüstanın hədəflərini açıqlayarkən belə deyib.

O qeyd edib ki, Avropa İttifaqına inteqrasiya olunmuş Gürcüstan bizim əsas arzumuz və hədəfimizdir.

Siyasətçi vəd edib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə Aİ-yə üzv olacaq.

İvanişvili gürcü xalqının özünəməxsus tarixi və adət-ənənələrini xüsusi qeyd edib və vurğulayıb ki, yalnız bu unikal milli ənənələrlə Gürcüstanın Avropa İttifaqına daxil olması məntiqlidir.

Müəllif: Elmir Murad