Qazaxıstan oliqarxların qanunsuz əldə edilmiş aktivlərini bu işlərə yönəldəcək

15:35 - 29.04.2024


29 aprel, Fineko/abc.az. Qazaxıstanın qanunsuz aktivlərinin qaytarılması üzrə Komissiya əvvəllər Qazaxıstan oliqarxlarına məxsus olan 40 milyard təngə (90 milyon dollardan çox) ölkənin gəlirinə çevirib.

ABC.AZ xəbər verir ki, vəsait sosial məqsədlərə, o cümlədən daşqının nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.

"Ümumilikdə 40 milyard təngədən çox qanunsuz əldə edilmiş aktivlərin dövlətə könüllü qaytarılması barədə sazişlər təsdiq edilib", — Qazaxıstan hökumətinin mətbuat xidməti bildirib.

2023-cü ilin iyul ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunsuz əldə edilmiş aktivlərin qaytarılması haqqında qanun imzalayıb.

Qazaxıstanda daşqınlar martın sonunda başlayıb.