15:05 - 29.04.2024
29 aprel, Fineko/abc.az. ABŞ Konqresi DJI dronlarının milli təhlükəsizliyə təhdid bəhanəsi ilə ölkədə satışını qadağan etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, müvafiq qanun layihəsi indi nəzərdən keçirilir və qəbul edildiyi təqdirdə DJI Federal Rabitə Komissiyasının qara siyahısına düşəcək, bu da ABŞ-da satışların qadağan edilməsi deməkdir.
DJI-yə qarşı əsas iddialar, səhmlərinin 6%-nin Çin dövlət şirkətlərinə məxsus olması ilə bağlıdır. ABŞ rəsmiləri hesab edirlər ki, DJI istifadəçiləri izləmə tətbiqetməsində xüsusi olaraq zəifliklər saxlaya bilər.
2022-ci ildə ABŞ-da ticari dron satışlarının təxminən 60%-i DJİ payına düşüb.
12 Avqust 2026