20:01 - 24.04.2024
24 aprel, Fineko/abc.az. Rusiyada düyü samanı emal olunaraq gübrə, tikinti materialları, kağız və şüşə analoqlarına çevriləcək.
ABC.AZ xəbər verir ki, bu cür texnologiyalar Rusiya alimləri tərəfindən hazırlanıb.
Ural Dövlət Meşə Mühəndisliyi Universitetində düyü samanı və qabığından yüksək keyfiyyətli sellülozun necə alınacağını tapıblar. Mendeleyev adına Rusiya Kimya və Texnologiya Universitetində isə düyü qabığını və samanı kompozit tikinti və istilik izolyasiya materiallarına, həmçinin natrium maye şüşələrə çevirməyi öyrəniblər. Bu işləri real istifadəyə gətirmək mümkün olarsa, bu sənayenin ən vacib problemlərindən birini həll edəcək.
13 Avqust 2026
12 Avqust 2026