Gürcüstan Ukrayna vətəndaşlarına vizasız üç ilə qədər ölkədə qalmağa icazə verib

12:29 - 24.04.2024


24 aprel, Fineko/abc.az. Gürcüstana gələn Ukrayna vətəndaşları üç il ərzində respublikada vizasız qala bilərlər.

ABC.AZ xəbər verir ki, bu, Gürcüstan Hökumətinin qərarında əks olunub. Daha öncə bu müddət iki il təşkil edirdi.

Qərar "24 fevral 2024-cü ildən sonra yaranan hüquqi münasibətlərə" şamil ediləcək.

Ötən ilin fevral ayında Gürcüstan Hökuməti ukraynalıların respublikada iki il vizasız qalmasına icazə vermişdi. Bundan əvvəl isə onlar Gürcüstanda bir ilə qədər qala bilərdilər.