17:08 - 1.08.2018
1 avqust, Fineko/abc.az. Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 2018-ci ilin 6 ayı ərzində 108 milyon bareldən artıq - 15 milyon ton həcmində neft hasil edilib.
“BP-Azerbaijan” şirkətinin məlumatında deyilir ki, altı ərzində ortalama gündəlik neft hasilatı gündə 596 min barrel təşkil etmişdir.
“2018-ci ilin ilk yarısında Çıraq platformasından gündəlik orta hesabla 49 min barel/gündə neft, “Mərkəzi Azəri”dən -158 min barel/gündə, “Qərbi Azəri”dən -127 min barel/gündə, “Şərqi Azəri”dən - 96 min barel/gündə hasil edilmişdir. “Dərinsulu Günəşli”dən – 107 min barel/gündə, “Qərbi Çıraq”dan isə 59 min barel/gündə hasil edilmişdir”, - məlumatda belə deyilir.
AÇG layihəsi üzrə əməliyyat xərcləri 236 milyon dollar, kapital xərcləri 552 milyon dollar təşkil edib.
Müqaviləyə əsasən, British BP-nin payı (layihə operatoru) 30,37%, ARDNŞ (25%), Amerikanın Chevron şirkətinin (9,57%), ExxonMobil (6,79%), Hindistanın ONGC (2,31%), Yaponiyanın İnpex Corp. Şirkətinin (9,31%) və İTOOÇU Neft (3,65%), Norveçin Statoil şirkətinin (7,27%), Türkiyənin TPAO şirkətinin payı (5,73%) təşkil edir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026