11:43 - 4.04.2024
4 aprel, Fineko/abc.az. “Türk Hava Yolları” aviadaşıyıcılar arasında ilk olaraq ev heyvanları ilə səyahətlər üçün xüsusi “PAWSPORT” pasportunu təqdim edir.
ABC.AZ xəbər verir ki, təşəbbüs ev heyvanları ilə səyahət edən sərnişinlərin xüsusi rahatlığını təmin etmək məqsədi daşıyır.
“PAWSPORT” layihəsi, xüsusilə BƏƏ-də ev heyvanları ilə səyahət tələbinin artması nəticəsindən həyata keçirilir.
“PAWSPORT” "Türk Hava Yolları" aviaşirkəti tərəfindən məhdud sayda buraxılacaq. İlk sahiblərindən biri olmaq üçün səyahətçilər aviaşirkətin sosial şəbəkəsində "ev heyvanı pasportu" qeydi şəxsi mesaj göndərməlidirlər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026