09:57 - 3.04.2024
3 aprel, Fineko/abc.az. “Lukoyl” şirkətinin ortaq sahibi və onun keçmiş prezidenti Vahid Ələkbərov ilk dəfə olaraq Forbes—un dünya reytinqində Rusiyanın ən varlı iş adamlarının siyahısında birinci yeri tutub.
ABC.AZ xəbər verir ki, Ələkbərovun sərvəti bir il əvvəl 20,5 milyard dollara qarşı 28,6 milyard dollar həcmində qiymətləndirilir. “Novatek” şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson reytinqdə ikinci yeri tutub, onun sərvəti 5,8 milyard dollar artaraq hazırda 27,4 milyard dollar təşkil edir. Üçüncü yerdə sərvəti keçən ilki reytinqdə 22,1 milyard dollara qarşı 26,6 milyard dollar həcmində qiymətləndirilən “NLMK” şirkətinin benefisiarı Vladimir Lisindir.
Ümumilikdə dünyanın ən varlı adamlarının reytinqinə 125 rusiyalı daxil olub.